Ana səhifə
Bələdiyyə sədri
Bələdiyyə haqqında
Fəaliyyətlər
Kənd haqqında
Arxiv
Əlaqə məlumatları
Ümumi məlumatlar
Bələdiyyənin vəzifələri
Bələdiyyə üzvləri
Nizamnamə
XƏBƏRLƏR VƏ ELANLAR
30.04.2008
Göyçayda immunlaşdirma həftəsi keçirilmişdir»»»
17.04.2008
“Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda konfransda yerli qzünüidarəetmənin inkişafinda qabaqcil təcrübənin tətbiqinin vacibliyi vurğulanmışdər »»»
15.04.2008
Bərdə şəhərində qala divarının tikintisi davam edir»»»
BƏRDƏ RAYON QAZIQURDALI BƏLƏDİYYƏSİ HAQQINDA MƏLUMAT

Hazırda  Qazıqurdalı bələdiyyəsinin  ərazisində  972 nəfər    yaşayır. Onlardan  564  nəfəri  qadın, 408  nəfəri  kişi,  o cümlədən  240  nəfəri  16  yaşınadək  uşaqdır.Rəsmi  işsizlik statusu olan  şəxs  yoxdur.Ərazidə  yaşayan  pensiyaçıların  sayı 210 (onlardan  12  nəfəri  yaşı  70  keçmiş  qocalar) nəfərdir. Bələdiyyə  ərazisində 52  nəfər  əlil o cümlədə  2  nəfər  müharibə  əlili  1  nəfər  anadasn  gəlmə  əlil  yaşayır. Ərazidə  12  nəfər  Qarabağ  müharıbəsinin veteranı və 2 nəfər “Çernоbıl”  əlili  vardır.Ərazidə  yaşayan  məcburi  köçkün  və qaçqınların  sayı  157  nəfərdir.2004-cü  ilin  Bələdiyyə  seçkiləri   zamanı  bələdiyyə  ərazisində  574  nəfər  seçici  olmuşdur.

Bələdiyyə ərazisində yaşayan əhalinin əsas məşxuliyyəti əkinçilik və  heyvandarlıqdır. Əhalinin  az  bir  hissəsi   xırda  saibkarlıq,   dövlət  və  bələdiyyə  qulluğu  ilə  məşğuldur.Ərazidə  yaşayan   əmək  qabiliyyətli 522  nəfər  əhalinin  497  aqrar  sahədə  digər  25  nəfəri  xidmət  sahibkarlıq  və  sosial sferada  çalışır.

Dövlətdən    müxtəlif  formada sosial  müavinət  və  yardımlar,  həmçinin pensiya alanların   sayı 210 nəfərdir. Bununla  belə  bu  və  digər  formada  dövlətdən  sosial  yardımlar   alan   şəxslər  sosial  müdafiəyə  ciddi   ehtiyacı  olan bütün  kənd  sakinlərini  əhatə  etmir    ya  da   belə   yardımların   məbləği  yoxsul    vətəndaşların ehtiyaclarını   tam  ödəməyə   təminat  vermir. Bundan  əlavə, ərazidə   yaşayan  əhalinin   sosial  tərkibi ,  həmçinin   məşğulluq  strukturu    ilə  bağlı  statistik  məlumatlardan   göründüyü   kimi ,   təxminən  hər  ailədə   orta   hesabla  bir  əmək  qabiliyyətli yaşında   şəxsə   3  nəfər  işləməyən    insan  düşür.

Bələdiyyə  ərazisində  kəndaltı  torpaq  sahəsi  34  ha, əkin  sahəsi  310  ha, ümumi  istifadəli  torpaq  sahəsi  3.1 ha   və  13, 70 ha bələdiyyənin ehtiyyat  fond  torpağı  vardır.   342   ədəd   həyətyanı   torpaq  sahəsi  vardır.

 
Copyright © 2007