|
|
Göyçayda immunlaşdirma həftəsi keçirilmişdir [30.04.2008] Azərbaycan Səhiyyə Nazirliyi Dünya Səhiyyə Təşkilatının, YUNİSEF-in, Vişnevskaya-Rastropoviç Fondunun təşəbbüsü və köməyi ilə aprelin 21-dən 27-dək ölkəmizin bütün bölgələrində immunlaşdırma həftəsi keçirmişdir. Yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə Göyçay rayonunda da 1-6 yaşlı uşaqlar arasında immunlaşdırma tədbirləri aparılmışdır.
Göyçay rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru, əməkdar həkim Mahir Abdurahmanov bildirmişdir ki, bu immunlaşdıma kampaniyasını yüksək səviyyədə həyata keçirmək məqsədi ilə əvvəlcə tibb işçiləri üçün seminar təşkil olunmuşdur. Sonra yaşayış məntəqələrində ictimaiyyətin nümayəndələri, müəllimlər, valideynlər, ağsaqqallar bununla bağlı maarifləndirilmiş və immunlaşdırmanın uşaqların sağlamlığının qorunması məqsədi daşıdığı onlara izah olunmuşdur. Bu mühüm kampaniya müvəffəqiyyətlə başa çatmışdır.
Ümumilikdə 800-ə yaxın azyaşlı uşaq poliomelit, tetanus, diffeziya, göy öskürək, hepatit B, vərəm, qızılca, parotit və məxmərəyə qarşı vaksin olunmuşdur.
/AzərTAc/
|
|